Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, istefada olan erməni general Manvel Qriqoryanın qızı Narine Qriqoryan vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimidir.
Onun rəsmi bəyannaməsinə əsasən, maddi vəsaiti 1 milyon 810 min dram təşkil edir.
Qeyd edək ki, hakimin avtomobili olması barədə hər hansı məlumat bəyannamədə qeyd edilməyib. Yalnız o bildirilir ki, 2015-ci ildə hakim Narine Qriqoryan 21,6 milyon dram dəyərində mənzil alıb. Buna baxmayaraq, Qriqoryanlar daim öz mülkiyyətləri və biznesləri ilə nəzərə çarpıb.
Məlumata görə, generalın qızının aylıq əmək haqqı keçən il ərzində 608 min dram yəni, 1200 dollardan çox olub.
Digər tərəfdən hakimin həyat yoldaşı Artak Poğosyanın maddi vəsait varlığı 610 min dram, illik əmək haqqı isə 577 min dram təşkil edib. Bundan başqa hakimin həyat yoldaşı keçən il ərzində 405 min dram həcmində gəlir əldə edib. Lakin rəsmi sənəddə bu gəlirin hardan daxil olduğu qeyd edilməyib.
Alpər Mövludoğlu
Ordu.az