Qarabağdakı erməni hərbçilərin Paşinyana qarşı toplanış yeri haradır?

2019/05/00-12-1558777637.jpg
Oxunub: 18792     13:57     27 May 2019    
"Rubonun Şuşadakı evi Qarabağdakı hərbçilərin və Ermənistan oliqarxlarının toplanış yeridir".

Ordu.az "Jamanak" nəşrinə istinadən xəbər verir ki, Qarabağda Ermənistandan olan oliqarxlar və yerli hərbçilərin toplanış yeri Nemes Rubo ləqəbli, Ruben Hayrapetyanın Şuşadakı evidir.

Məlumata görə, məhz bu evdə hərbçilər və oliqarxlar tərəfindən Ermənistanda və işğal altında olan ərazilərdə həyata keçiriləcək siyasi fəaliyyətin proqramları tərtib edilir.

Oliqarxlar və hərbçilər daha çox şey itirə biləcəklərini təhlükə altına ataraq, keçmişdə olan öz təsirlərini və imtiyazlarını bərpa etməyi arzu edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Etiraz   Qarabağ  


Bizi "telegram"da izləyin