Ordu.az xəbər verir ki, Ermənistanın “Jamanak” nəşri Müdafiə Nazirliyində korrupsiyanın çiçəklənməsindən yazıb.
Nəşrə görə, hazırda Ermənistan Müdafiə Nazirliyi korrupsiyanın ən yüksək həddindədir.
“Ermənistan Müdafiə Nazirliyində satınalmalardan 100 milyonlarla dram çatdırıldığı “atkatlar”(rüşvət alma) və korrupsiyanın çiçəklənməsi davam edir.
Bu yeganə nazirlikdir ki, Sarkisyanın kadrlarına toxunulmayıb. Ermənistan hakimiyyəti gələcəkdə bu sahəyə də toxunmaq niyyətindədir. Lakin bunu hiss edilmədən həyata keçirmək istəyir”, - deyə nəşr yazır.
Alpər Mövludoğlu
Ordu.az