Ordu.az xəbər verir ki, mayın 23-də “Facebook” istifadəçilərindən biri öz səhifəsində şəkil paylaşaraq Gümrüdəki bazarda Ermənistan Müdafiə Nazirliyinin sifarişi ilə istehsal edilmiş sabun satıldığını bildirib.
Ermənistan Müdafiə Nazirliyinin Gümrü hərbi polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Gümrü şəhər bazarında MN nişanlı sabun satışı ilə məşğul olan satıcı Gümrü şəhər sakini 1936-cı il təvəllüdlü Q.M adlı şəxsdir.
Mayın 24-də saat 09:00-da Gümrü mərkəzi bazarı yaxınlığında küçə alveri ilə məşğul olan Q.M-nin satış masasında və mallarını saxladığı saxlancda axtarış zamanı MN yazılı 20 ədəd ümumi çəkisi 2 kq olan əl sabunu aşkarlanıb.
Ermənistan hərbi polisindən bildirilib ki, fakt üzrə Ermənistan Müdafiə Nazirliyi Gümrü hərbi polis şöbəsi materiallar hazırlayır.
Bununla da Ermənistan Müdafiə Nazirliyi yayılan məlumatları təsdiq etməyə məcbur olub, lakin sabunların mülki şəxsin əlinə keçməsi barədə detalları açıqlamayıb.
Alpər Mövludoğlu
Ordu.az