“Biz iddia yox, yalnız ehtimal edə bilərik ki, KTMT-nin Baş katibi...” - Nağdalyan

2019/05/456-1558436347.jpg
Oxunub: 409     15:13     21 May 2019    
“2020-ci il yanvarın 1-də Belarus nümayəndəsinin KTMT-nin Baş katibi vəzifəsinə təyin ediləcəyinə dair qərar yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib.

O qeyd edib ki, KTMT üzv ölkələrin maraqlarını təmsil edir.

“Biz iddia yox, yalnız ehtimal edə bilərik ki, KTMT-nin Baş katibi 2020-ci il yanvarın 1-də Belarus nümayəndəsi təyin ediləcək. Ona görə ki, belə bir qərar hələ ki, yoxdur. Nə vaxt belə bir qərar olarsa, yalnız o zaman biz bununla bağlı hansı proseslərin baş verə biləcəyini iddia edə bilərik.

Baş katib bu ölkələrə xidmət göstərən katibliyin inzibati rəhbəri olmaqla, qurumun fəaliyyət axarını, orqanların işini təmin etməyə cavabdehdir. Biz, Baş katibliyə namizədi onun nə dərəcədə idarə edə bilməsi ilə qiymətləndiririk. Qərar yalnız konsesium əsasında qəbul olunur. Növbəti rotasiya qaydası əlifba sırası üzrə 2020-ci il yanvarın 1-dən başlayır”, - deyə Nağdalyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KTMT   Nağdalyan  

“Biz iddia yox, yalnız ehtimal edə bilərik ki, KTMT-nin Baş katibi...” - Nağdalyan

2019/05/456-1558436347.jpg
Oxunub: 410     15:13     21 May 2019    