Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iş üzrə təqsirləndirilən Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın vəkili Hayk Alumyan bildirib.
O qeyd edib ki, Köçəryan və digər 3 vəzifəli şəxs haqqında cinayət işinin icraatı dayandırılıb, Ermənistan Konstitusiya məhkəməsinə göndərilib.
“Köçəryan, keçmiş Baş nazir müavini Armen Qevorqyan, 2008-ci ildə Ermənistanın Müdafiə nazirinin müavinləri olan Seyran Ohanyan və Yuri Xaçaturovla bağlı cinayət işlərinin icraatı məhkəmə qərarına əsasən dayandırılaraq Konstitusiya məhkəməsinə göndərilib. Hazırda bundan başqa digər detallar barədə bir şey deyə bilmərəm”, - deyə erməni vəkil qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az