“Mübarizin, Fəridin qəhrəmanlığından, igidliyindən mənə, nənəsinə danışırdı”

2019/05/df00e-1558334827.jpg
Oxunub: 511     15:12     20 May 2019    
Ermənistanın elan etmədən başladığı müharibənin ilk günlərindən əsgərlərimiz ölümdən çəkinmədən döyüşdü. Bu illər ərzində minlərlə şəhid verən xalqımızın mübarizlik salnaməsinə Zakir Cəfərovun da adı yazıldı. İçdiyi Hərbi anda sadiq qalan, şəhidliyi ilə ölməzliyə qovuşan Zakir qəlblərdə əbədi məskən qurdu...

Zakir Cəfərov 1996-cı ildə Bakı şəhərində anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb. Kollecdə təhsil aldığı illərdə dərsə davamiyyəti və nizam-intizamı, savadı ilə müəllimlərinin hörmətini qazanıb. Humanitar fənləri - tarixi, ədəbiyyatı da sevirdi. O, hərbi xidmət keçdikdən sonra ali məktəblərdən birinə daxil olmağı qarşısına məqsəd qoyub. Eyni zamanda, həvəskar idmançı kimi cüdo ilə məşğul olurdu. Çevikliyi, cəldliyi, hazırcavablığı və çox xeyirxah, humanist olması onu həmyaşıdlarından fərqləndirən xarakterik cəhətləriydi. Bu xarakteri ona çoxlu dostlar qazandırmışdı. O, hamının sevimlisinə çevrilmişdi.

Təhsilini başa vuran Zakir 2016-cı ildə Vətənə övladlıq borcunu vermək üçün hərbi xidmətə çağırıldı. “N” hərbi hissəsində xidmətə başladı. İlkin hərbi vərdişlərə dərindən yiyələndi. Komandirlərinin tapşırıqlarını vaxtında yerinə yetirən nümunəvi əsgər kimi şəkli şərəf lövhəsinə vuruldu. Aprel döyüşlərində iştirak etdi. Döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəldi. Onun son döyüş tapşırığı... 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Xocavənd rayonunun Nərgiztəpə ərazisində düşmənin kəşfiyyat-diversiya qrupunun təxribatlarının qarşısını alarkən şəhid oldu. Fevralın 28-də Bakı şəhərinin Nizami rayonunun Keşlə qəsəbəsində böyük izdihamla son mənzilə yola salındı. O, göstərdiyi fədakarlığa və mərdliyə, igidliyə görə ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edildi.

Zakirin kollecdə qrup rəhbəri olmuş Gövhər müəllimin ürək sözləri daha qürurvericidir: “Zakir üçün yazılası, deyiləsi o qədər söz var ki... Bu gün aramızda olmasa da, hər gün mənimlədir savadlı, gözəl tələbəm. O, hamıdan fərqli olaraq bizim kollecə adını iki dəfə yazdırdı - bir dəfə tələbə kimi, bir dəfə də şəhid kimi. Nə vaxt baxsaydım, uşaqları bir yerə toplayıb nədənsə danışdığını, nəyisə müzakirə etdiyini görərdim. Demək olar ki, bütün kollecdə özünü hamıya sevdirmişdi, istər tələbə, istərsə də müəllim kollektivinin hörmətini qazanmışdı. Kolleci bitirəndən sonra da bizi unutmamışdı. Tez-tez bizə baş çəkərdi. Yadımdadır, bir gün gəldi ki, əsgər gedirəm. Bütün müəllimlərlə görüşdü, sağollaşdı. O, şəhidlik zirvəsinə ucalaraq geri döndü... Biz şəhid tələbəmiz Zakirlə fəxr edirik”.

Anası Kəmalə xanım oğlu ilə fəxr etdiyini, qürur duyduğunu dedi: “Sanki Zakiri tanımamışam. O, gənc yaşında insanların ürəyinə yol tapmağı bacarmışdı.Tələbə yoldaşları, əsgər yoldaşları, dostları, müəllimləri, komandirləri, qohum-əqrəba, qonşular indi də Zakirin vətənpərvərliyindən, insanpərvərliyindən, dosta, qardaşa arxa-dayaq olduğundan danışır. Yaxşı yadımdadır. Mübariz İbrahimovla Fərid Əhmədovun nəşi erməni əsirliyindən alınıb dəfn ediləndə Zakir də yaxın dostları və bir qrup sinif yoldaşı ilə birlikdə Fəxri xiyabana getmişdilər. Orada gördüklərindən, Mübarizin, Fəridin qəhrəmanlığından, igidliyindən mənə, nənəsinə danışırdı. Qarabağ müharibəsindən bizə çoxlu suallar verirdi. Onu da deyim ki, heç nəyi büruzə verməzdi. Çətinliyi olanda da özü həll etməyə çalışardı. Torpağını, xalqını sevən idi Zakir. Həmişə deyərdi ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə mən də iştirak edəcəm.

Əsgəri məzuniyyətə gələndə deyirdi ki, burada iki şəxsi keyfiyyət vacib şərtdir. Birincisi, liderlik etməyi, ikincisi isə tabe olmağı bacarmalısan. Xalqımızı, dövlətimizi çox sevirdi. Zakirdə liderlik etmək bacarığı çox yüksək idi. Həmişə onun qrup rəhbəri də deyirdi ki, Zakirdə liderlik, təşkilatçılıq qabiliyyəti var. Nə vaxt hansısa tədbir və ya tura getmək lazım olurdusa, bütün qrupu o bir araya toplayardı. Heç kim onun sözündən çıxmazdı. Beləcə bu liderlik xüsusiyyətinə görə Zakir manqa komandiri seçilmişdi”.

Kəmalə xanım prezident İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısından, onların sosial müdafiəsinin gücləndirilməsindən danışaraq dövlət başçısına minnətdarlığını bildirdi.
...İnsan qurub-yaratmaq, Vətənini, torpağını müdafiə etmək üçün dünyaya gəlir. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi qəlblərdə əbədi yaşayacaq.

Lalə Hüseynova, AO
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şəhid   Ordu  

“Mübarizin, Fəridin qəhrəmanlığından, igidliyindən mənə, nənəsinə danışırdı”

2019/05/df00e-1558334827.jpg
Oxunub: 512     15:12     20 May 2019    