"Ümidvarıq ki, 907-ci düzəliş təmamilə ləğv olunacaq" - Nazir

2019/05/samir-1558085390.jpg
Oxunub: 1038     13:30     17 May 2019    
"Azərbaycan və ABŞ-ın iqtisadi əməkdaşlığına kölgə salan bir sıra məsələlər mövcuddur".

Ordu.az xəbər verir ki, bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Azərbaycan tərəfi 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən, birbaşa dövlət yardımlarını qadağan edən "Azadlığa dəstək aktı"na 907-ci düzəlişin təmamilə ləğv olunacağına ümid edir.

"Bu, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verərdi. Ümidvarıq ki, ABŞ hökuməti həmin düzəlişin aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını təmin edəcək", - deyə S.Şərifov qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ-Azərbaycan   907-düzəliş  

"Ümidvarıq ki, 907-ci düzəliş təmamilə ləğv olunacaq" - Nazir

2019/05/samir-1558085390.jpg
Oxunub: 1039     13:30     17 May 2019    