MILEX-2019: “Azərbaycan Belarusun ən yaxın strateji tərəfdaşlarından biridir” – Belaruslu polkovnik (MÜSAHİBƏ)

2019/05/60385-4674247203.jpg
Oxunub: 832     12:41     17 May 2019    
“Proqramlaşdırma üzrə ali təhsilə malik çağırışçılardan formalaşdırılan “informasiya texnologiyası bölüyü”nün şəxsi heyəti bu bölmədə təyin edilən qaydalara uyğun olaraq müddətli hərbi xidmət keçir. Burada hazırlanan mütəxəssislər Baş qərargahın, qoşun növü və birlik komandanlarının, müxtəlif hərbi idarəetmə orqanlarının, Hərbi Akademiya rəhbərliyinin verdiyi tapşırıqları yerinə yetirirlər”.

Ordu.az MILEX-2019 sərgisində iştirak edən Belarus Respublikası Hərbi Akademiyasının avaisiya və radioelektron sistemlər kafedrasının rəisi polkovnik Kulpanoviç Andrey Pavloviç ilə müsahibəni təqdim edir:

- Andrey Pavloviç təmsil etdiyiniz Hərbi Akadeya haqqında məlumat verməyinizi xahiş edirik.

- Hərbi Akademiyamız geniş maddi-tədris bazasına malikdir. Hazırda Belarus ordusunun tələbatına uyğun olaraq bütün istiqamətlər üzrə zabit heyətinin hazırlanması ilə məşğul olur. Təlim prosesində atıcı silahlardan, zirehli vasitələrdən, texniki kəşfiyyat vasitələrindən, rabitə, radioelektron, mühəndis və s. avadanlıqlardan geniş istifadə edilir.

- Bu sərgidə Hərbi Akademiya hansı yenikləri təqdim edir?

- 2018 ci ilin dekabrında yaradılan, müddətli xidmətdə olan hərbi qulluqçulardan formalaşdırılan “informasiya texnologiyası bölüyü” MILEX-2019 sərgisində təqdim edilən yeniliklərdən biridir. Qonşu dövlətlərin də ordularında artıq bu metodlardan istifadə edilir. Məsələn Rusiyada artıq “elmi bölüklər” fəaliyyət göstərir. Biz də digər dövlətlərin təcrübəsini nəzərə alaraq “informasiya texnologiyası bölüyü”nü yaratdıq. Stenddə, həmin bölüyün müddətli xidmətdə olan 3 əsgərinin təqdim edildiyini görürsünüz. Proqramlaşdırma üzrə ali təhsilə malik çağırışçılardan formalaşdırılan “informasiya texnologiyası bölüyü”nün şəxsi heyəti bu bölmədə təyin edilən qaydalara uyğun olaraq müddətli hərbi xidmət keçir. Burada hazırlanan mütəxəssislər Baş qərargahın, qoşun növü və birlik komandanlarının, müxtəlif hərbi idarəetmə orqanlarının, Hərbi Akademiya rəhbərliyinin verdiyi tapşırıqları yerinə yetirirlər.

Biz özümüz də belə bir qısa müddət ərzində bu qədər maraqlı və müsbət effekt əldə edəcəyimizi gözləmirdik. Bu bölmələr 2018-ci ilin dekabrında formalaşdırılıb. 2019-cu ilin martında isə biz, hətta sərgidə nümayiş etdirə biləcəyimiz nümunələri əldə etdik.

- Bu bölüklərin təlim prosesi digər bölüklərdən fərqlənirmi?

- Baxın, biz burada tədris prosesinin bir elementini praktiki olaraq nümayiş etdirmək üçün 4 kompüter qoymuşuq. Burada iki işçi yeri mövcuddur. Onlar proqramlaşdırma üzrə ali təhsilə malik çağırışçılardan formalaşdırılan “informasiya texnologiyası bölüyü”nün şəxsi heyətindən olan və öyrədilən müxbirlərdir. Bu trenojor sinif şəraitində onlarla radioməşğələ keçirməyə imkan verir, yəni məşğələlərin rəhbəri təlimin məqsədlərini, hansı rabitə kanalında, hansı tezliklərdə rabitə yaradılmalı olduğunu və s. parametrləri müəyyən edir. Dolayısı ilə kanalı xarakterizə edən parametrlərin hamısını sinif şəraitində təyin etmək mümkün olur. Beləliklə səhra şəraitinə ehtiyac duymadan təlim keçmiş hazırlıqlı mütəxəssislər qazanmaq mümkün olur. Onlara sinifdə təlim keçirilməsi həm zaman, həm də avadanlıq resurslarının qənaitinə səbəb olub. Bu çox vacib amildir.

Digər bir yenilik isə 1RL133 RLS-ni dərin modernləşdirmədən keçirməyimizdir. Nəticədə bu bizə daha kiçik ölçüdə hərəkət edən hədəf və obyektləri 20 km məsafədə aşkar etməyə imkan verir. Onun əsas təyinatı, müxtəlif tipli PUA-ların, suüstü hədəflərin, paraşütçülərin və hərəkət edən piyada qoşunlarının aşkar edilməsindən ibarətdir.

Yeniliklərdən biri də Hərbi Akademiyanın əmakdaşları tərəfindən hazırlanan pilotsuz aviasiya kopleksləridir. Lakin onların istehsalı ciddi maliyə vasaitləri tələb etdiyi üçün digər dövlətlərin hərbi sənaye müəssələləri ilə əməkdaşlıq edilib. Hazırda təqdim edilən pilotsuz aviasiya kompleksləri Belarus silahlanmasına qəbul edilib.

Daha bir yenilik, yerüstü obyektləri düşmənin hava radiolokasiya kəşfiyyatından mühafizə edən RLS-dir. Onlar 1.5 kv.km ərazini düşmənin hava kəşfiyyat vasitələrindən qorumağa qadirdir. Digər bir yenilik isə hərbi əməliyyatların modelləşdirilməsi sitemidir. Bu sistem bir çox ölkələrdə, o cümlədən Sizin ölkənizdə də artıq tətbiq edilir.

- Azərbaycan və Belarus arasında olan hərbi əməkdaşlıq barəsində nə deyə bilərsiniz?

- Təəsüf ki bu cür sualları cavablandırmaq mənim məsuliyyətimə aid deyil. Bunun üçün Baş qərargahda ölkələrarası əlaqələr üzrə departament mövcuddur. Lakin onu deyə bilərəm ki, Azərbaycan Belarusun ən yaxın strateji tərəfdaşlarından biridir.

- Maraqlı müsahibəyə və zaman ayırdığınıza görə təşəkkür edirik.

Aleksandr Uşakov
Nina Brejneva
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MILEX-2019   Belarus   Azərbaycan   Hərbi-Akademiya  

MILEX-2019: “Azərbaycan Belarusun ən yaxın strateji tərəfdaşlarından biridir” – Belaruslu polkovnik (MÜSAHİBƏ)

2019/05/60385-4674247203.jpg
Oxunub: 833     12:41     17 May 2019    