Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Axtarış Baş İdarəsi məlumat yayıb.
Ermənistan polisi mayın 15-də saat 10:50 radələrində İrəvan şəhərində 23 yaşlı M.Qevork adlı şəxsi saxlayıb.
Saxlanılan şəxs, hərbi qulluqçuların qarşılıqlı münasibət üzrə nizamnamə qaydalarının pozulması, onlar arasında tabeçilik münasibəti olmadığı halda, iki və ya daha çox şəxsə qarşı törədilən istehza, döymə, alçaltma və ya digər zorakılıq hərəkətləri törətməkdə ittiham olunur.
Qeyd edək ki, o, mayın 3-də polisin Gorus şöbəsi tərəfindən axtarışa verilib.
Alpər Mövludoğlu
Ordu.az