Azərbaycanın Kibertəhlükəsizlik Strategiyası hazırlanıb

2019/05/getty-1558076854.jpg
Oxunub: 576     11:06     17 May 2019    
“Azərbaycanda Milli kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi, informasiya sistemlərinə təhdidlərin azaldılması vacibdir”.

Bunu bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişaf şöbəsinin müdiri Rəşad Əzizov “Maliyyə və Texnologiyalar Sammiti”ndə (“Fintex Summit”) “Rəqəmsal ekosistemdə təhlükəsizlik” mövzusunda çıxışında bildirib.

R. Əzizov deyib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi digər dövlət qurumları ilə birgə Azərbaycan Respublikasının Kibertəhlükəsizlik Strategiyasını hazırlayıb: “Strategiya 2019-2022-ci illəri əhatə edir. İnanırıq ki, bu strategiyanın qəbulu ölkədə kibertəhlükəsizliyin qorunmasında mühüm rol oynayacaq”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri qeyd edib ki, İnnovasiya Agentliyi süni intellektə əsaslanan layihələrin həyata keçirilməsinə təkan verəcək: “Artıq ölkədə stratapların formalaşması gündəmdədir. İnnovasiya Agentliyi startaplara dəstək verəcək”. (ONA)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Kibertəhlükəsizlik  

Azərbaycanın Kibertəhlükəsizlik Strategiyası hazırlanıb

2019/05/getty-1558076854.jpg
Oxunub: 577     11:06     17 May 2019    