Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 12-də saat 16:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin müddətli xidmət hərbi qulluqçusu, məzuniyyətdə olan 19 yaşlı Qevork Sarkisyanı, Abaran şəhər sakini 39 yaşlı Karen Yeğiazaryan və onun qardaşı İrəvan şəhər sakini 41 yaşlı Hayk Yeğiazaryan “Qntunik” supermarketinə çağıraraq, onu oradan 5 milyon 400 min dram oğurlamasında ittiham edərək döyüblər.
Bu barədə Abaran polis şöbəsinə 2019-cu il mayın 14-də məlumat daxil olub.
Erməni ordusunun məzuniyyətdə olan hərbi qulluqçusu polisə bildirib ki, Yeğiazaryan qardaşları onu döyüb və tələb ediblər ki, yarım saat ərzində qeyd edilən məbləğdə pulu geri qaytarsın. O, həmçinin Yeğiazaryan qardaşlarının polis daxil olmaqla, bu barədə heç kimə məlumat verməməsi barədə ona xəbərdarlıq etdiklərini, əks halda onun özünü mühakimə edəcəklərinə dair təhdid etdiklərini qeyd edib.
Bildirilir ki, Karen Yeğiazaryan Abaran şəhər rəhbəridir.
Alpər Mövludoğlu
Ordu.az