Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Aparan şəhərində artıq bir neçə gündür ki, icra rəhbərinin bir gənci döyməsi barədə aramsız məlumatlar yayılır.
Məlumata görə, hadisə Aparan şəhərinin mərkəzi küçəsində yerləşən “Qntunik” supermarketində baş verib.
Hadisənin baş vermə səbəbini dəqiq müəyyən etmək mümükün olmasa da, bildirilir ki, döyülən gənc əvvəllər bu mağazada işləyib.
Ehtimal edilir ki, döyülən şəxs və supermarket sahibi arasında köhnə haqq-hesab olub.
Vurğulanır ki, Ermənistanda Aparan icmasının rəhbərinin döydüyü şəxs müddətli hərbi xidmətdədir və cəmi bir neçə gün əvvəl valideynlərini görmək məqsədilə qısamüddətli məzuniyyətə gəlib.
Hadisə barədə əlavə məlumat veriləcəyi qeyd olunur.
Alpər Mövludoğlu
Ordu.az