“2018-ci ildə Ermənistan-ABŞ münasibətləri üçün açılan pəncərə artıq bağlanıb” - Sarkisyan

2019/05/56765-1557919169.jpg
Oxunub: 448     17:32     15 May 2019    
“Paşinyanın ABŞ-ı ən çox tənqid edən Ermənistan rəhbəri olması barədə bəyanatını ABŞ-da diqqətlə izləyiblər”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyanın deyib.

Onun sözlərinə görə, Ermənistanda bir il əvvəl baş verən hadisələri ABŞ-da diqqətlə izləyiblər.

“Bunun əsasında özləri üçün çıxarış edərək, müəyyən gözləntiləri formalaşdırıblar. Onlar hesab edib ki, Ermənistanda baş verən dəyişiklik Ermənistan-ABŞ münasibətlərinə müsbət təsir edəcək. Bir il keçməsinə baxmayaraq, Ermənistan tərəfindən xüsusi fəallıq olmaması səbəbindən keçən ilin eyni dövründə açılan əməkdaşlıq pəncərəsi artıq bağlanıb.

Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-ı ən çox tənqid edən Ermənistan rəhbəri olması barədə bəyanatını ABŞ-da diqqətlə izləyiblər. ABŞ-Ermənistan münasibətləri ilə məşğul olmaq lazımdır. Həmçinin tənqid etmək yox, işləmək lazımdır”, - deyə o qeyd edib.

Sarkisyanın fikrincə, bu bəyanat Ermənistan-ABŞ münasibətlərinə kömək etmir.

“Amerikalılar ABŞ tərəfini tənqid etməklə Rusiyanı qazanmaq siyasətini qəbul edə bilmirlər. ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kentin İrəvana səfərini xatırlayaq. Bir neçə yardım layihələri imzalanıb. Səfər əhəmiyyətli olub.

ABŞ tərəfini təmsil edən məmurun vəzifəsinə, ABŞ dövlət katibinin köməkçisinin müavini olmasına diqqət edək. Son zamanlar yüksək vəzifəli məmurların səfərinin olmaması, görüşlərin baş tutmaması məqamı Ermənistan hökumətində müzakirə edilməlidir. Doğrudanmı, yaranmış vəziyyət Ermənistan-ABŞ münasibətlərinə cavab verir?” , - deyə Sarkisyan təəccübünü gizlətməyib.

Tramp və Paşinyan arasında görüş ehtimalına toxunarkən Sarkisyan qeyd edib ki, yaxın vaxtlarda belə bir görüşü gözləmək lazım deyil. Hazırda ABŞ-ın öz prioritetlərinin olduğunu və Ermənistanla münasibətdə ABŞ prezidentinin diqqətini çəkəcək bir hal olmadığını qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ABŞ   Gərginlik  

“2018-ci ildə Ermənistan-ABŞ münasibətləri üçün açılan pəncərə artıq bağlanıb” - Sarkisyan

2019/05/56765-1557919169.jpg
Oxunub: 451     17:32     15 May 2019    