Erməni komandirin cinsi xarakterli söyüşlərinə məruz qalan əsgər intihar etdi – DETALLAR

2019/05/Untit-1557745970.jpg
Oxunub: 767     20:12     13 May 2019    
Erməni komandirin söyüşləri və zorakılıqlarına məruz qalan hərbi qulluqçu intihar edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Apelyasiya məhkəməsi, Sünik vilayət məhkəməsində Ç. Narekin cinayət işi üzrə şikayətə baxılması prosesini davam etdirib.

Ermənistanda raket heyətinin komandiri, tabeliyindəki manqanın əsgəri olan müddətli xidmət erməni hərbi qulluqçusu H.Sevakı davamlı olaraq təhqir etdiyinə görə, Ç. Narekə qarşı ittiham irəli sürülüb.

İttihama əsasən, 2016-cı ilin yanvar ayından etibarən 24 mart tarixinədək erməni manqa komandiri Ç.Narek davamlı olaraq əsgər H. Sevaka məzəmmətlər edib, hörmətsizlik göstərib və hərbi xidmət vəzifələrindən irəli gəlməyən işləri görməyə məcbur edib. Öz əvəzinə Sevaka hərbi təchizatını daşıtması, çarpayısını səliqəyə saldırması, həddindən artıq təmizlik işlərinə məcbur etməsi, onun mobil telefonunu əlindən alıb istifadə etməsi, eyni zamanda bütün bu əməllərin söyüş və təhqirlərlə həyata keçirilməsi qeyd olunur.

Bildirilir ki, bu yolla davamlı olaraq erməni hərbi qulluqçunun şərəf və ləyaqətini alçaldılıb.

Xüsusilə, 2016-cı ilin martın 21-də sıra meydanında axşam yoxlaması zamanı adlı siyahının bölükdə qalmasına görə, H.Sevakı axşam yoxlamasını gətirməyə göndərib.

Gecikdiyinə görə digər erməni hərbi qulluqçuların yanında onun ünvanına təhqirlər edərək, “harda qaldı bu g...” deyə onu alçaldıb.

Sevak adlı siyahını gətirdikdən sonra “bir palka getməyimə görə narazı olmadın ki...” deyə onu təkrar cinsi xarakterli söyüşlərlə təhqir edib.

2016-cı il martın 16-da yenidən “yat” komandasından sonra onu təhqir edərək və mobil telefonunu əlindən alıb.

Davamlı olaraq təzyiq altında qalan erməni hərbi qulluqçu psixoloji təsir altına düşərək 2016-cı il martın 26-da saat 09:10 radələrində hərbi hissənin atış sahəsində özünə atəş açmaqla intihar edib.

Ç.Narek hərbi qulluqçunu intihar həddinə çatdırmaqda və digər məqamlar üzrə təqsirli hesab etməyib. Onun yeganə dostu olduğunu, zarafatlaşdıqlarını ancaq alçaltmadığını bildirib.

Məhkəmə bir sıra məqamlarda ona bəraət versə də, ölüm həddinə çatdırmaqda günahkar bilərək, 4 il 3 ay 5 gün azadlıqdan mərhum edilməsinə hökm verib.

Məhkəmənin bu qərarına qarşı ittihamçı tərəf apelyasiya şikayəti verərək, Ç.Narekin 6 il 3 ay 5 gün məhkum edilməsinə görə vəsadət qaldırıb.

Həmçinin təqsirləndirilən tərəfin də, bəraət verilməsi üçün apelyasiya şikayəti təqdim edilib.

Məhkəmə zamanı psixoloq ekspert rəyi dinlənilib. Müdafiə tərəfi psixoloq ekspertin rəyindən narazı qalıb. Digər vəsadətlər mayın 20-də keçiriləcək və məhkəmə iclasında təqdim ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İntihar  

Erməni komandirin cinsi xarakterli söyüşlərinə məruz qalan əsgər intihar etdi – DETALLAR

2019/05/Untit-1557745970.jpg
Oxunub: 768     20:12     13 May 2019    