Ermənistan ordusunda mayor və polkovnik arasında dava baş verib – DETALLAR (FOTO)

2019/05/80497-1557734208.jpg
Oxunub: 901     15:55     13 May 2019    
Ermənistanda M. Artur və S.Sarkis adlı hərbi qulluqçuların işi ilə bağlı apelyasiya şikayətinə baxılma prosesi başa çatıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ittihama əsasən korpus komandirinin artilleriya üzrə müavini, polkovnik rütbəli 40 yaşlı M.Artur 2018-ci il mayın 21-də saat 22:00 radələrində hərbi hissənin növbətçi otağında, ona qarşı çıxan hərbi hissənin əşya xidməti rəisi mayor O. Lernikin sifətinə yumruqla zərbə endirərək onun burnunu sındırıb və ona qarşı cinayət işi açılıb.

Eyni iş üzrə şahid olan hərbi hissə komandiri polkovnik S.Sarkisə qarşı isə fəaliyyətsizliklə bağlı cinayət işi açılıb. O, tələblərə zidd olaraq cinayət barədə məlumat verməyərək, tədbir görməyib və hadisəni gizlədib. Hadisə istintaq zamanı aşkarlanıb.

M.Artur baş verən hadisədə özünü günahkar hesab etmədiyini qeyd edib. O bildirib ki, hərbi hissəni yoxlamğa gedərkən hərbi hissənin qərargah rəisi onu qarşılasa da, növbətçi mayor Lernik onu lazımi səviyyədə qarşılamayıb.

Onun sözlərinə görə, hərbi hissə komandiri polkovnik Sarkislə bərabər onun iş otağına qalxıb. Bir müddət sonra qəragahda səs-küy eşitdiklərini, növbətçi otaqda hissə növbətçisi mayor Lernikin əlində rezakla özünə xəsarət yetirmək istədiyini görüb. Rezakı verməkdən imtina edən mayoru tutaraq hərbi hissə komandirinin istirahət otağına apardığını qeyd edib. Həmin yerdə də rezakı verməkdən imtina edən mayora Lernikin sağ əlinə zərbə endirməklə rezakı əlindən alarkən, mayorun öz əlinin zərbə ilə burnuna dəydiyini qeyd edib. O bildirib ki, hərbi hissə komandiri polkovnik Sarkis baş verənlərə şahid olub.

Korpus komandirinin artilleriya üzrə müavini bildirib ki, mayor Lernikə qarşı zorakılıq tətbiq etməyib. Hərbi hissə komandiri isə baş verənlərdə özünü qismən günahkar hesab etdiyini dilə gətirib.

Zərərçəkən erməni mayor ifadəsində bildirib ki, avtoparkın asfalt örtüyü olmadığına görə korpus komandirini sıravi addımlarla qarşılaya bilməyib. Buna görə də polkovnik M.Artur tərəfindən məzəmmət olunub. Daha sonra otaqda onu döydüyünü, burnunu sındırdığını, qanaxma baş verdiyini və s. baş verənləri qeyd edib.

Məhkəmə tibbi ekspertizanın rəyində bildirilir ki, zərərçəkənin öz əl zərbəsindən burun sümüyü qırıla bilməzdi.

Məhkəmənin qərarı əsasında korpus komandirinin müavini polkovnik M.Artur təqsirkar bilinərək 4 il müddətinə azadlıqdan mərhum edilib. Ona qarşı şərti cəza tətbiq edilməklə 4 il sınaq müddəti təyin edilib.

S.Sarkis də təqsirkar bilinərək 2 il müddətinə azadlıqdan mərhum edilib. Ona qarşı amnistiya aktının tələbləri tətbiq edilməklə cəzanın çəkilməsindən azad edilib.

İttihamı irəli sürən prokuror, korpus komandirinin müavini ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verərək, ona qarşı şərti cəzanın ləğv edilməsi və 4 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini tələb edib.

Apelyasiya məhkəməsi erməni prokurorun şikayətini rədd edərək, məhkəmə qərarını qüvvədə saxlayıb.

Məhkəmədə iştirak edən M.Artur xidmət yerinə qayıdıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Dava   Zorakılıq  

Ermənistan ordusunda mayor və polkovnik arasında dava baş verib – DETALLAR (FOTO)

2019/05/80497-1557734208.jpg
Oxunub: 902     15:55     13 May 2019    