“Azərbaycan Ordusunun tarixi” kitabının təqdimatı keçirilib

2019/05/11579-1557557254.jpg
Oxunub: 571     13:45     11 May 2019    
Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən "Azərbaycan Ordusunun tarixi" kitabının təqdimat mərasimində xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissənin şəxsi heyəti və ictimaiyyət nümayəndələri iştirak ediriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, H.Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi Gülxar Məmmədova kitabın Azərbaycan hərb tarixinə və onun şərəfli ordusunun keçdiyi qəhrəmanlıq tarixinə həsr olunduğunu vurğulayaraq bildirib ki, arxiv sənədləri əsasında yazılmış "Azərbaycan Ordusunun tarixi" kitabı beş cilddən ibarətdir.

"Güclü millətlər bu gün öz dövlətini qurub, dövlətçiliyini qoruyub saxlamaq iqtidarındadır. Bir millətin var olması üçün onun ərazisi, dili və mədəniyyəti olmaqla yanaşı, güclü dövlətin nizami ordusu olmalıdır. Necə deyərlər, ordu dövlətin qarantıdır. Biz çox xoşbəxt millətik ki, bu günə qədər tarix səhnəsində mövcud olmuşuq, öz milliliyimizi bu günə qədər yaşada bilmişik. Öz tarixi köklərinə, milliliyinə sadiq olan, adət-ənənələrini yaşadan bir millət olaraq tanınırıq", - deyə o qeyd edib.

Kitabın müəllifi tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov çıxış edərək bildirdi ki, tarixdə siyasətçilərin və hərbçilərin rolu böyükdur: "Onların tarixdə necə qalmasında bu tarix yazanların da üzərinə məsuliyyət düşür. Salnaməçilər necə yazırsa, tarixi həqiqət gələcək nəsillərə o cür çatır. Deməli, tarixi yazan çox məsuliyyətli və önəmli iş aparır. Tarix döyüş meydanlarında tökülən qanlar, dağılan ölkələr, şəhərlər, kəndlər üzərində yaranır. Ancaq balaca, zərif kitabların solğun vərəqlərində əsirlərdən bu günə çatır, bu gündən sabaha gedir. Mən də bu kitabı hazırlayarkən çalışdım ki, gələcək nəsillərə ordumuzun tarixini dolğun, həqiqi şəkildə çatdırım. Ümid edirəm ki, "Azərbaycan Ordusunun tarixi" kitabı yeni nəslin təlim-tərbiyəsində, eləcə də gənc nəsildə vətənpərvərliyin formalaşmasında mühüm rol oynayacaq. Kitabın ölkəmizin tanınması baxımından informasiya müharibəsi şəraitində mühüm rolu da olacaqdır".

Tədbir Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konsert proqramı ilə tamamlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Azərbaycan-Ordusu   Kitab   Təqdimat  

“Azərbaycan Ordusunun tarixi” kitabının təqdimatı keçirilib

2019/05/11579-1557557254.jpg
Oxunub: 572     13:45     11 May 2019    