“Şahin” hərbi-idman oyununun muxtar respublika mərhələsi yekunlaşıb - FOTOLAR

2019/04/14060-1555140094.jpg
Oxunub: 1104     11:20     13 Aprel 2019    
Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasında “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Yarışın keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərməkdir.

Ordu.az xəbər verir ki, oyun 3 turda- məktəbdaxiliseçmə mərhələsi, rayon (şəhər) və muxtar respublika birincilikləri üzrə keçirilib. Hərbi-idman oyununun muxtar respublika mərhələsinə rayon (şəhər) birinciliklərində qalib olmuş komandalar vəsiqə qazanıblar.

Hər komandanın tərkibində 14 nəfər (10 oğlan, 4 qız) VIII və X sinif şagirdləri iştirak edib.

Yarışdan öncə təşkilatçılar tədbirin mahiyyəti haqqında iştirakçılara ətraflı məlumat verib və komandalara uğurlar arzulayıblar. Yarışda məktəblilər sıra hazırlığı, darağa patrondoldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülkü müdafiə hazırlığı üzrə tapşırıqları yerinə yetiriblər.

Sonda hakimlərin qərarına əsasən Naxçıvan şəhər 1 №-li tam orta məktəbin komandası I , Ordubad şəhər İnternat tam orta məktəbin komandası II , Culfa rayon Əbrəqunus kənd tam orta məktəbin komandası isə III yerlərə layiq görülüblər.

Qalib komandalara təşkilatçıların kubok və diplomları, yarışda müxtəlif bəndlər üzrə fərqlənən iştirakçılara isə fəxri fərmanlar verilib.

Naxçıvan şəhər 1 №-li tam orta məktəbin komandasımay ayında keçiriləcək "Şahin" hərbi-idman oyunu üzrə Azərbaycan birinciliyində muxtar respublikanı təmsil edəcək.

“Şahin” hərbi-idman oyunununmuxtar respublika mərhələsində 145 nəfər yeniyetmə iştirak edib. Oyunu Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun, Fövqəladə Hallar Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə təşkil ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Hərbi-idman-oyunları  

“Şahin” hərbi-idman oyununun muxtar respublika mərhələsi yekunlaşıb - FOTOLAR

2019/04/14060-1555140094.jpg
Oxunub: 1105     11:20     13 Aprel 2019    