Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunlardan biri bir çoxlarına məlum olan “Xian” H-20 strateji bombardmançısı, digəri isə JH-XX deyə adlandırılan stels qırıcı-bombardmançıdır.
Bunlardan birinci ABŞ-ın B-2, B-21-lərinə, yaxud Rusiyanın PAK DA-sına bənzəsə də, ikincisinin ABŞ-da analoqu olmadığı qeyd edilib. Belə bir təyyarənin ABŞ-ın F-35 və digər qısa mənzilli qırıcı-bombardmançıların üzərinə qoyduğu miqyasdakı bənzər missiyaları həyata keçirəcəyi güman edilir.
Ekspert Tayler Roqovey hesab edir ki, XAO HHQ havada yenidən yanacaq doldurulmasına ehtiyac duymadan regional hədəflərə zərbə endirə biləcək imkana malik orta mənzilli bombardmançı istəyir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar da daha öncə bir neçə də belə təyyarələr üçün müxtəlif ideyaları dəyərləndirsə də, sonradan o, B-21 və F-35-ə fokuslandı.
Hazırkı vaxta qədər layihə barəsində çox az şey məlumdur. Stels xüsusiyyətlərə sahib qırıcı-bombardmançının hazırlanması ideyası əslində məntiqli səslənir. Əgər eyni missiyanı daha kiçik təyyarə edə biləcəksə, niyə strateji qırıcıdan istifadə edəsən ki? Aydındır ki, Çinin belə bir bombardmançı üçün strateji ehtiyacı var. Onun ərsəyə gətirilməsi üçün mövcud olan seçimlərdən biri J-20-nin hücum fokuslu versiyasıdır. J-20 böyük təyyarədir, o uzaq mənzilə və stels xarakteristikaya sahibdir.
Çin həm də yeni aviadaşıyıcı üzərindən havaya qalxan təyyarə ilə də maraqlanır. Belə təyyarələrin artıq zamanının keçdiyinə dair söyləntilərə baxmayaraq Soyuq Müharibə dövründə ABŞ müxtəlif növ belə təyyarədən öz hücumlarında istifadə edib.
Ağalar Ağalarlı
Ordu.az