Azərbaycandan tranzit keçməklə Ermənistana 490 ton buğda göndərilib - YENİLƏNİB

2026/05/1780039686.jpg
Oxunub: 338     12:52     20 İyun 2026    
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda daşıyan qatar Biləcəri dəmir yolu stansiyasından yola düşüb.

Ordu.az xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınıb.

***

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Ordu.az xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınacaq.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin