Ermənistan parlamentinin sabiq deputatı, "Yerkrapah" təşkilatının sabiq sədri, hazırda ittiham edilən general Manvel Qriqoryan şərəf və ləyaqətinə dəyən ziyana görə KİV-lərdən 3 milyon dram təzminat tələb edir.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qriqoryan "Maxinfo.am" saytına qarşı şərəf və ləyaqətinə dəyən ziyana görə 3 milyon dram təzminat tələb edir.
Hakim Artur Stepanyana ünvanlanmış şikayət ərizəsinin fevralın 19-da məhkəməyə daxil olduğu bildirilir.
Qeyd edək ki, bu, adıçəkilən sayta qarşı Qriqoryanın 2-ci şikayət ərizəsidir. İlk şikayət yanvarın 15-də təqdim edilib. Yanvarın 25-də isə məhkəmənin qərarı ilə şikayət ərizəsi rədd edilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Qriqoryan
Etiraz
Məhkəmə