Saakaşvili erməni olmadığını sübut etdi

2019/02/85888-1550491198.jpg
Oxunub: 32561     15:51     18 Fevral 2019    
Mixail Saakaşvilinin milli mənsubiyyəti uzun müddət sosial şəbəkələrdə və KİV-lərdə müzakirə mövzusu olub. Onun damarlarında yəhudi qanı axdığı, hətta erməni olduğu da istisna edilmirdi.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-da verdiyi DNT analizlərinin nəticələrini təqdim edib.

O, bununla da milliyəti barədə deyilənlərə və mübahisələrə son qoymağa çalışıb.

O, öz "Facebook" səhifəsində genetik testinə görə 98.3% gürcü olduğunu qeyd edib. Saakaşvili bildirib ki, 99% gürcü, 1% yəhudidir. O, bölgənin digər xalqlarının qanlarından heç bir damcı da daşımadığını qeyd edib. O əlavə edib ki, əcdadlarından heç kim qanını qarışdırmayıb, yalnız özü avropalı ilə evlənərək bu qanı qarışdırıb.

Qeyd edək ki, Saakaşvilinin milli mənsubiyyəti mövzusu uzun illər ərzində KİV-lərin və sosial şəbəkələrin qızğın müzakirə mövzusu olub. Onun damarlarında yəhudi qanı axdığı, hətta erməni olduğu da istisna edilmirdi.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saakaşvili   Erməni  


Bizi "telegram"da izləyin