Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə fevralın 12-də Ermənistanın Baş Prokurorluğunun keçirdiyi yekun iclasda məlumat verilib.
İclas baş prokuror Artur Davtyanın sədrliyi ilə keçirilib. İclasda Ermənistanın Müdafiə naziri Davit Tonoyan da iştirak edib.
İclasda, bu rəqəmin keçən il baş verənlərlə müqayisədə 66 hal və ya 56.9% çox olduğu bildirilib. Bütün baş verən hallar üzrə materiallar toplanıb, 173 hal üzrə cinayət işi açılıb. 86 şəxslə bağlı 43 cinayət işi məhkəmələrə göndərilib. 2018-ci il ərzində ümumi olaraq cinayət işləri əsasında 422.236.614 dram maddi ziyan vurulduğu faktı təsdiqlənib ki, bu rəqəm də 2017-ci ilin göstəricilərindən 7.3 dəfə çoxdur.
Məhkəmə icraatına qəbul edilənədək 410.653.037 dram həcmində dəymiş ziyan bərpa edilib. Bu rəqəm 2017-ci ilin nəticələrindən 8 dəfə çoxluq təşkil edir.
Alpər Mövludoğlu
Ordu.az