Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Kreml administrasiyasının mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, hazırda İdlib əməliyyatına ciddi hazırlıq gedir və bu hazırlıq sadəcə Hava və Quru qüvvələri ilə yekunlaşmır.
“Əgər işlər qaydasında getsə, əməliyyatların uzun müddətli olması ehtimal edilmir. Rusiya Hərbi Hava Qüvvələrinin də dəstəyi ilə Suriya Quru Qoşunları sadəcə bir neçə həftəyə İdlibi terrorçulardan təmizləməyi planlaşdırır. Lakin ehtiyac olacağı təqdirdə Aralıq dənizi vasitəsilə əməliyyatlara donanma dəstəyi də göstəriləcək. Təlimlər də bu əməliyyatlara hazırlıq xarakteri daşıyır”, - deyə o bildirib.
Dəyanət Ağalar
Ordu.az