Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti yayıb.
Qeyd olunub ki, ötən gün ərzində seperatçılar atəşkəs rejimini ümumilikdə 4 dəfə pozublar.
Rəsmi məlumata əsasən, qarşıdurmalar nəticəsində ordu itki verməyib. Ukrayna hərbi kəşfiyyatı ordunun cavab atəşi nəticəsində 2 seperatçının məhv edildiyini, daha 1-nin isə yaralandığını bildirib.
Dəyanət Ağalarlı
Ordu.az