Mosulda 26 İŞİD-çi ələ keçirilib

2018/08/arrested-persons-650x433_1535693245.jpg
Oxunub: 1836     13:25     31 Avqust 2018    
İraqın Mosul vilayətinin şimal-qərbində İŞİD-ə mənsub 26 terrorçu təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.

Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə Neynəvə Əməliyyatlar Komandanlığının rəsmisi kapitan Ömər Sabah bildirib.

Onun sözlərinə görə, Mosulun Bəduş qəsəbəsində yerli sakinlərdən əldə edilən məlumatla İŞİD terrorçularının varlığı aşkarlanıb.

Bundan sonra qəsəbədə aparılan əməliyyat zamanı tərəflər arasında baş verən qısa qarşıdurma nəticəsində 26 terrorçu ələ keçirilib, bir sıra müxtəlif növ silah-sursat, əl qumbarları aşkarlanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin