Ukraynanın “Neptun” qanadlı raketi nəyə qadirdir?

2018/08/40432678_397570344108413_6884768181043331072_n_1535634994.jpg
Oxunub: 2614     00:53     31 Avqust 2018    
Ukraynanın dövlət şirkəti “Ukroboronprom” bir neçə gün öncə “Neptun” qanadlı raketinin uğurla sınaqdan keçirildiyini elan edib.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, avqustun 17-də Odessa bölgəsinin cənubunda baş tutan sınaqda “Neptun” 100 kilometr uzaqlıqdakı hədəfə zərbə endirib.

Kiyev mərkəzli layihələndirmə bürosu “Luch” tərəfindən ərsəyə gətirilən “Neptun” gəmi əleyhinə subsəs qanadlı raketidir. Onun maksimum zərbə radiusu 280-300 kilometrdir. Raketin yerdən və havadan atılan versiyaları təkmilləşdirilir.

Sınaqdan sonra Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov Ukraynanın qanadlı raketlərinin Qara və Azov dənizlərində etibarlı müdafiə təmin edə biləcəyini dilə gətirib.

Onun sözlərinə görə, “Neptun” hərbi infrastrukturlar, xüsusilə strateji körpülər, bərələrin keçid məntəqələrini hədəf almaqda istifadə oluna bilər.

Ukraynalı müdafiə eksperti Serhiy Squretz isə raketin yüksək partlayıcı gücə malik döyüş başlığı ilə təchiz edildiyini və 10-30 metr yüksəklikdə normal qanadlı raketlərin trayektoriyası ilə uça bildiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Neptun   Qanadlı-Raket  


Bizi "telegram"da izləyin