İsrail polisi terror cəhdinin qarşısını alıb

2018/08/img795645_1535626072.jpg
Oxunub: 4484     18:47     30 Avqust 2018    
İsrailin Samara şəhərində terror aktı törətməyi planlaşdıran 2 nəfər saxlanılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı hadisənin baş verdiyi Samara bölgəsinin polis idarəsindən bildirilib.

Qeyd olunub ki, terrorçular bu gün səhər saatlarında qeyri-qanuni yolla İsrail-Fələstin sərhədini keçib.

Məlumata əsasən, sərhəd pozuntusundan xəbər tutan polis hər 2 cinayətkarı sərhəddən 4 kilometr məsafədə Samara şəhərinin Menaşe yaşayış məntəqəsi yaxınlığında ələ keçirib.

Bildirilib ki, saxlanılan şəxslərdən 3 ədəd partlayıcı vasitə aşkarlanaraq müsadirə edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Terror  


Bizi "telegram"da izləyin