Cənubi Koreya prezidenti yeni Müdafiə nazirini təyin edib

2018/08/Снимок_1535616769.png
Oxunub: 3903     16:14     30 Avqust 2018    
Cənubi Koreya prezidenti Mun Çje-ın yeni Müdafiə nazirinin təyin edilməsi ilə bağlı əmr imzalayıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, yeni Müdafiə naziri 58 yaşlı Çjeonq Kyeonq-dodur.

Belə ki, Baş Qərargah rəisi vəzifəsindən Müdafiə naziri vəifəsinə keçirilən Kyeonq Hərbi Hava Qüvvələrinin tərkibindən bu vəzifəyə yüksələn ilk şəxsdir.

Belə ki, öncəki nazir Sonq Yunq-munun təqaüdə çıxması ilə onu əvəzləyən Kyeonq Cənubi Koreya Hərbi Hava Qüvvələri tərkibində 24 il qırıcı təyyarə pilotu kimi xidmət edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Müdafiə-Naziri   Təyinat  


Bizi "telegram"da izləyin