Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu barədə qərar Cənubi Koreya Müdafiə nazirinin müavini Suh Çoo-sukun rusiyalı həmkarı Aleksandr Fominlə Moskvada həyata keçirdiyi strateji dialoqda qəbul edilib.
Tərəflər yeni rabitə xəttinin açılması ilə Koreya havadan müdafiə zonasında baş verə biləcək növbəti pozuntuların qarşısını almağı ümid edirlər.
Rəsmilər görüş zamanı həm də belə strateji dialoqların davamlı olması və qarşılıqlı müdafiə əməkdaşlığı üçün institusional qurumun formalaşdırılmasına razılıq veriblər.
Ağalar Ağalarlı
Ordu.az