Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, avqustun 24-dən etibarən keçirilən təlimdə əsas diqqət terrorla mübarizəyə ayrılıb.
Təlimdə ümumilikdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv 8 ölkənin silahlı qüvvələri iştirak edib. Onlar bir sıra təqlidi real situasiyalarda ekstremist qruplar üzərində döyüş qabiliyyəti və üstünlüklərini nümayiş etdiriblər.
Bağlanış mərasimi 255-ci Xidmətlərarası Atış Poliqonunda baş tutub. Bu təlimlər ŞƏT-in sayca beşinci “Sülh Missiyası” təlimi olub və ilk dəfə olaraq Hindistan və Pakistanın birgə iştirakı baş tutub. Onlardan əlavə digər iştirakçı dövlətlər isə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan olub.
Ağalar Ağalarlı
Ordu.az