“Koreya yarımadasında hərbi təlimlərə pul xərcləməyə ehtiyac yoxdur” – Tramp

2018/08/20180522-trump-welcomes-prisoners_1535609720.jpg
Oxunub: 1874     14:10     30 Avqust 2018    
ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə aparılan nüvəsizləşdirmə prosesinin dalana dirənməsində Çinin günahkar sayır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə o, özünün rəsmi “Twitter” hesabı vasitəsilə açıqlama verib.

“Prezident Donald Tramp bizim Çin hökuməti ilə olan ticarət mübahisələrimizdən dolayı Şimali Koreyanın Çindən böyük təzyiqə məruz qaldığını hiss edir. Eyni zamanda bilir ki, Çin KXDR-ə önəmli köməklik, pul, yanacaq və müxtəlif növ digər ləvazimatlar təmin edir. Bu yardımsevərlik deyil. Buna baxmayaraq, prezident Kim Çen Inla olan münasibətlərinin çox yaxşı və mülayim olduğunu və buna görə də, hazırda ABŞ-Cənubi Koreya müharibə oyunlarına böyük vəsait xərclənməsinə ehtiyac olmadığını düşünür”, - deyə o yazıb.

Lakin Donald Tramp öz tvitində onu da qeyd edib ki, əgər istəsə Cənubi Koreya, Yaponiya ilə birgə təlimləri yenidən başlada bilər və bu baş versə, əvvəlkilərdən daha geniş miqyaslı olacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp   KXDR  


Bizi "telegram"da izləyin