Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni proqram təminatı ordunun xidmətindəki AEORDRS robot və robot sistemlərinə inteqrasiya ediləcək.
Məsələ ilə bağlı Pentaqonun mətbuat xidmətində verilən məlumata əsasən, hələlik sınaq mərhələsində olan sistemlərin geniş miqyaslı istifadəsinə növbəti ildən start verilməsi planlaşdırılır.
Belə ki, robotların idarəetmə sistemlərinin daha da sadələşdirilməsinə imkan verən yeni proqram təminatı kütləvi istifadə üçün hələlik 4 mərhələli sınaq dövrünü keçməlidir.
Qeyd edək ki, Pentaqon artıq proqramın robot sistemlərinə inteqrasiyası üçün “Northrop Grumman”la razılığa gəlib.
Dəyanət Ağalarlı
Ordu.az