Norveç özünün NH-90 helikopterlərinin sınağını keçirir

2018/08/40269675_2080154478967042_821289955648077824_n_1535561400.jpg
Oxunub: 2394     00:29     30 Avqust 2018    
Norveç Donanmasının xidmətinə verilən yeni helikopterlərin açıq dənizdə sınaqları həyata keçirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Norveç Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, ilkin olaraq Şimal dənizində 2 ədəd NH-90 helikopterinin gəmiyə enmə və qalxma imkanları test edilib.

Məlumata əsasən, Almaniya ilə birgə əməkdaşlıq çərçivəsində bu ölkənin “AeroMath” şirkəti tərəfindən istehsal edilən helikopterlər sınaqları uğurla tamamlayıb.

Qeyd edək ki, Norveç hökuməti bu il istehsalı tamamlanan ilkin 8 ədəd helikopteri Norveç Donanmasının Şimal dənizindəki filotiliyasına təhvil verilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   NH-90   Helikopter  


Bizi "telegram"da izləyin