Rusiya elektron müharibə təyyarəsi təkmilləşdirəcək

2018/08/40325443_2067511019948890_4400832420165713920_n_1535558199.jpg
Oxunub: 3675     23:54     29 Avqust 2018    
Rusiyanın “İlyuşin” kompaniyası yeni elektron müharibə təyyarəsinin təkmilləşdiriləcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı şirkətin nümayəndəsi İvan Kabatov bildirib.

O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin təklifi əsasında İl-114-300 təyyarəsinin yeni versiyası istehsal ediləcək.

Belə ki, plana əsasən şirkət İl-114-300 əsasında tamamilə yeni elektron müharibə təyyarəsi təkmilləşdirəcək.

Qeyd edək ki, Kabatov layihənin 2023-cü ilə kimi yekunlaşdırılmasının planlaşdırıldığını bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Elektron-Müharibə-Təyyarəsi   İl-114-300  


Bizi "telegram"da izləyin