Rusiya donanması Aralıq dənizində təlimlər həyata keçirir

2018/08/1201714_1535547239.jpg
Oxunub: 3951     20:52     29 Avqust 2018    
Rusiya donanmasının Şimal Filotiliyasının bir qrup döyüş gəmisi Aralıq dənizində bir sıra manevrlər həyata keçirib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə filotiliyanın mətbuat katibi birinci dərəcəli kapitan Vadim Serqa bildirib.

Onun sözlərinə görə, “Marşal Ustinov” adına raket kreyserinin başçılıq etdiyi təlimlərdə təxribat və sualtı gəmi əleyhinə müdafiə manevrləri həyata keçirilib və döyüş gəmiləri düşmənin sualtı təxribat gəmilərindən müdafiə olunmağa çalışıb.

Dənizçilər həmçinin sürət qayıqlarından istifadə etməklə şərti terror hücumunun qarşısını almağa çalışıblar. Bu zaman onlar böyük kalibrli avtomat pulemyotdan düşmən hədəfi məhv ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Təlim   Aralıq-dənizi  


Bizi "telegram"da izləyin