Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Baş Qərargahının rəsmisi Aleksey Nozdraxov bildirib.
O qeyd edib ki, 2014-cü ilin avqustunda baş verən müharibə zamanı 158 hərbçi itkin düşsə də, onların 143-nün taleyi ilə bağlı qaranlıq məsələlərə sonrakı dövrlərdə aydınlıq gəlib.
“Hələ də 15 hərbçi itkin düşənlər siyahısındadır və hadisənin 4-cü ili tamam olduğu bir vaxtda araşdırma işlərinin davam etdirilməsinin heç bir əhəmiyyəti olmadığını düşünürük. Son 1 il ərzində demək olar ki, ümumiyyətlə bir irəliləyiş baş verməyib”, - deyə o əlavə edib.
Qeyd edək ki, ordu qüvvələri ilə seperatçılar arasında baş İlovayisk döyüşündə 366 Ukrayna hərbçisi həlak olub, 499-u yaralanıb, 128-i isə əsir düşüb. Onların 11-i hələ də Donbas və Luqanskda seperatçılar tərəfindən girov saxlanılır.
Dəyanət Ağalarlı
Ordu.az