F-35-lərin Sakit okean üzərində ilk uçuşları həyata keçirilib

2018/08/44275328872_17d969dcc4_k_1535545043.jpg
Oxunub: 1786     20:21     29 Avqust 2018    
ABŞ-a məxsus F-35 qırıcıları USS “Abraham Lincoln” gəmisinə inteqrasiya edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ donanmasının mətbuat xidməti yayıb.

Bildirilib ki, bu gün “Lockheed Martin” tərəfindən istehsal edilən 8 ədəd F-35C qırıcısı ABŞ donanmasının USS “Abraham Lincoln” aviadaşıyıcısının “Super Hornet” eskadrilyasına qoşulub.

Məlumata əsasən, artıq qırıcıların Sakit okean üzərində ilk dəfə olaraq sınaq uçuşları da həyata keçirilib.

Qeyd edək ki, bununla da aviadaşıyıcının sahib olduğu qırıcıların sayı 46-dan 54-ə qaldırılmış olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   Sakit-okean  


Bizi "telegram"da izləyin