Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat şirkətin mətbuat xidmətindən yayılıb.
Bildirilib ki, sözügedən yeni vasitə Pentaqonun xüsusi tələbi əsasında təkmilləşdirilib.
Məlumata əsasən, piyada döyüş vasitələri, avtomat silah, pulemyot və yüngül artilleriya vasitələrinin inteqrasiyası mümkün olan yeni robot texnologiyasının kütləvi istehsalına növbəti ildən etibarən start veriləcək.
Qeyd edək ki, PMS-408 adı verilən yeni robot döyüşçünün qiyməti 600 min dollara yaxındır.
Dəyanət Ağalarlı
Ordu.az