Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Ukraynanın ABŞ-dakı səfiri Valeri Çali bildirib.
O qeyd edib ki, ölkəsi Daxili İşlər Nazirliyi üçün H225, H145 və H125 helikopterlərinin alışı ilə bağlı ABŞ-la razılıq əldə edə bilmədiyi üçün yekun olaraq Fransa ilə müqavilə imzalayıb.
Belə ki, razılığa əsasən bu il ərzində ilk 4 helikopter Kiyevə təhvil veriləcək.
Qeyd edək ki, ümumi dəyəri 551 milyon dollar olan layihə çərçivəsində ümumilikdə 14 helikopter qarşıdakı 2 il ərzində Ukrayanaya çatdırılacaq.
Dəyanət Ağalarlı
Ordu.az