“İsrail Yaxın Şərqdə istənilən nöqtəni vurmaq iqtidarı əldə edəcək” – Liberman

2018/08/img854575_1535436955.jpg
Oxunub: 2808     14:14     28 Avqust 2018    
İsrail Müdafiə Nazirliyi yeni hava hücumundan müdafiə sistemləri və ballistik raket üzərində işləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İsrail Müdafiə naziri Aviqdor Liberman bildirib.

O qeyd edib ki, artıq sözügedən hava hücumundan müdafiə sistemləri və xüsusilə onun üçün dizayn edilmiş raketlər araşdırma və təkmilləşdirmə dövrünün yekun mərhələsinə start verib.

“Biz artıq yeni sistemlərin və ona inteqrasiya ediləcək raketlərin dizaynını yekunlaşdırmaq üzrəyik. Təkmilləşdirilən yeni sistem İsrailə regionun istənilən nöqtəsini tam dəqiqliklə vurmaq imkanı verəcək”, - deyə Liberman vurğulayıb.

Qeyd edək ki, bir sıra hərbi ekspertlər Libermanın səsləndirdiyi fikirdən sonra bu sistemlərin azı 8 “Jericho” ballistik raket batareyaları ilə təchiz ediləcəyini proqnozlaşdırırlar.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Yeni-silahlar   Liberman  


Bizi "telegram"da izləyin