Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Misir Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, terrorçular təhlükəsizlik qüvvələrinə atəş açdıqdan sonra onlara qarşı əməliyyat başladılıb. Əməliyyat nəticəsində yarımadanın cənubundakı dağlıq ərazilərdə tərəflər arasında qarşıdurma baş verib.
Qarşıdurma nəticəsində terrorçuların zərərsizləşdirilməsindən sonra onlara məxsus silah-sursat, təşkilati sənədlər və digər ləvazimatlar tapılıb.
Qeyd edək ki, bu ilin fevralından etibarən Misir ordusu Sinay yarımadasında İŞİD terrorçularının məhv edilməsi istiqamətində geniş miqyaslı əməliyyat başladıb.
Ağalar Ağalarlı
Ordu.az