Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı istehsalçı büronun nümayəndəsi Oleq Faustov bildirib.
O qeyd edib ki, hazırda titandan hazırlanmış prototip versiyaların ilkin sınaq mərhələsi həyata keçirilir.
Məlumata əsasən, 50 kiloqram ağırlığındakı eksoskelet istifadəçiyə avtomat silahdan tək əllə istifadə etmək imkanı verir.
Qeyd edək ki, Rusiya Quru Qoşunlarının Hərbi və Elmi Araşdırmalar komitəsinin sədri Aleksandr Romanyuta “Army-2018” forumu zamanı sınaqları keçiriləcək “Robocop” eksoskeletinin 2025-ci ilə qədər tam həcmli istifadəsinin həyata keçiriləcəyini bildirib.
Dəyanət Ağalarlı
Ordu.az