Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Cənubi Koreya Prezident Administrasiyası yayıb.
Bildirilib ki, Cənubi Koreya Şimali Koreyada formalaşdıracağı bu mərkəzin məzmunu və öhdəlikləri ilə bağlı planlarına müəyyən dəyişikliklər edə bilər.
“Bu qərar hələlik tam olaraq verilməyib və müzakirələri davam etdirilir. Biz KXDR-dən bir çox vədlər eşitsək də, bu vədlərin necə həyata keçiriləcəyi ilə bağlı əhatəli bir proqram ortaya qoyulmayıb. Bundan dolayı olaraq müəyyən dəyişikliklərin edilməsi ehtimalı yüksəkdir. Lakin hələlik mərkəzlə bağlı planlaşdırılan bu dəyişikliklərin nədən ibarət olduğunu qeyd edə bilmərik”, - deyə verilən bəyanatda qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az