Türkiyənin ilk milli mikro-peykinin orbitə göndəriləcəyi vaxt məlum olub

2018/08/40053564_337870860114927_6184084532019331072_n_1535194129.jpg
Oxunub: 2981     19:42     25 Avqust 2018    
Türkiyənin təcili görüntü ehtiyacını düşük xərclərlə qarşılayacaq ilk milli mikro-peyk olan “Lagari”nin istehsalı bu il tamamlanacaq.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, peykin istehsalını “Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ” (STM) firması həyata keçirir.

Məlumata görə, “Lagari”nin istehsalı bu ilin sonlarında yekunlaşacaq və o, gələn ilin ikinci yarısında kosmosa göndəriləcək.

Qeyd edək ki, STM tərəfindən Yüksək Keyfiyətli Görüntü Mikro Yer Nəzarət Peykinin Təkmilləşdirilməsi layihəsi çərçivəsində ərsəyə gətirilən “Lagari” ilk dəfə ötən il baş tutmuş 13-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilib.

Mikro-peyk kateqoriyasına daxil olan “Lagari”nin 60-65 kiloqram ağırlıqda olduğu və yüksək keyfiyyətli görüntü təmin edə bildiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Mikro-Peyk   Lagari  


Bizi "telegram"da izləyin