ABŞ ordusunda ağılı idarə edən texnologiyaların mövcud olduğu iddia edilir

2018/08/34W5_1535184460.jpg
Oxunub: 3658     16:05     25 Avqust 2018    
Böyük Britaniyada konspiroloji nəzəriyyələr üzərində araşdırma aparan alimlər ABŞ-ın “Schriever” aviabazasında insanın əqli olaraq idarəedilməsinə nəzarət edən texnologiyanın təkmilləşdirildiyi iddia edirlər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Böyük Britaniya Kral Akademiyasının Konspiroloji Nəzəriyyələr üzrə Elmi Araşdırma Qrupundan verilib.

Bildirilib ki, Pentaqonun Koloradonun şərqində yaşayış məntəqələrindən olduqca uzaq məsafədə yerləşən “Schriever” hərbi bazasında inandırıcı səslənməyəcək qədər müxtəlif elmi araşdırmalar aparılır.

Hətta bu araşdırmalardan birinin insan ağlına nəzarət edən texnologiyaların hazırlanması ilə bağlı olduğu və bu araşdırmanın kifayət qədər təkmilləşdirildiyi iddia edilir.

Belə ki, iddiaya əsasən, araşdırmaların yekun nəticəsi olaraq insanların əqli idarəetməsinə nəzarət edə bilən texnologiyanın ilkin prototip versiyası hazırlanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Schriever  


Bizi "telegram"da izləyin