Türkiyədə PUA-lar üçün canlı yayım proqramı təkmilləşdirilib

2018/07/789_1532436452.jpg
Oxunub: 1988     20:46     24 İyul 2018    
Türkiyənin “Baykar” şirkəti “Quzğun” adlı mobil canlı yayın proqramı təhlükəsizlik qüvvələri tərəfindən aktiv istifadəyə hazır vəziyyətə gətirilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ilk dəfə “Efes 2018” hərbi təlimlərində nümayiş etdirilən “Quzğun” həmin təlimdə “Bayraktar TB” PUA-sından gələn canlı yayım görüntülərinin təlim iştirakçıları tərəfindən izlənilə bilməsini təmin edib.

Birbaşa canlı yayım sayəsində bölgəyə nəzarət edəcək əsgər və təhlükəsizlik personalı istədiyi zaman yayımı dayandıraraq bölgədəki düşmən ünsürlərini təsbit edə və bölgənin fotosunu da çəkə biləcək.

“Quzğun”un gecə görmə rejimi sayəsində isə qaranlıqda müəyyən edilməsi çətin olan düşmən hədəfləri rahat şəkildə aşkarlana biləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Quzğun  


Bizi "telegram"da izləyin