Almaniya donanması 92 milyon dollarlıq raket müqaviləsi imzalayıb

2018/07/RIM-116-RAM-029_1531748702.jpg
Oxunub: 2402     21:46     16 İyul 2018    
Almaniya donanması “RAM-Systems” və “MBDA Deutschland” kompaniyaları ilə Mk49 idarəolunan raket sistemlərinə dair müqavilə imzalayıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, müqavilənin dəyəri 92 milyon (79,5 milyon avro) dollardır.

Məlumata görə, müqavilə çərçivəsində kompaniyalar Almaniya donanmasının K 130 korvetlərinə 10 ədəd Mk 49 idarəolunan raket sistemi çatdıracaq.

Qeyd edək ki, Mk 49 özünümüdafiə sistemidir. O, ABŞ və Almaniya hökumətləri arasında mövcud olan əməkdaşlıq proqramı çərçivəsində birgə istehsal edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Mk-49  


Bizi "telegram"da izləyin