Bolton: ABŞ ordusu İran təhlükəsi həll edilənə qədər Suriyada qalacaq

2018/07/US-Army-in-Syria-876x516_1531747791.jpg
Oxunub: 2606     21:26     16 İyul 2018    
ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Suriyadakı ABŞ hərbi qüvvələrinin gələcəyi iə bağlı açıqlama bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müşavir ABŞ-ın sadəcə koalisiya qüvvələri təkibindəki hərbi birliklərinin Suriyadan çıxarıldığını, ABŞ-ın özünün isə sərbəst şəkildə fəaliyyətini davam etdirdiyini bildirib.

Con Bolton qeyd edib ki, Suriyadakı 2000-ə qədər hərbçidən ibarət hərbi bazanın fəaliyyətinin bundan sonra davam etdirilməsi planlaşdırılır.

“Biz İŞİD-ə qarşı koalisiyanın Suriyada birbaşa fəaliyyətinin hələlik dayandırılması ilə bağlı qərar aldıq. Lakin ABŞ koalisiyadan sərbəst şəkildə Suriyadakı hərbi əməliyyatlarını bundan sonra da davam etdirəcək. İŞİD-in mövqeləri demək olar ki, tamamilə məhv edilib. Sözügedən terror qruplaşması artıq ciddi təhlükə kimi qəbul edilə bilməz. ABŞ-ın bölgədə varlığını davam etdirməsinin başlıca səbəbi İran təhlükəsidir. İrandan olan təhlükə aradan qalxmadığı müddətcə Vaşinqton öz hərbi gücünü Suriyada hiss etdirəcək”, - deyə müşavir qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Suriya  


Bizi "telegram"da izləyin