Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Suriya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ordu bölgənin cənub-qərbində Kəfr-Şəms və Um Əl-Əfsəc, şimalında Zəmrin və Qabaqib, şimal-qərbində isə Zəlin şəhərlərində geniş miqyaslı əməliyyatlar həyata keçirir.
Son günlərdə havadan və qurudan bölgədəki İŞİD və “Hayat-Təhrir-Əş-Şam” terror qruplaşmalarına, həmçinin üsyançılara qarşı endirilən raket zərbələri nəticəsində Deranın daha bir neçə şəhəri azad edilib.
Yerli mənbələrin bildirdiyi məlumata görə sadəcə bir neçə kiçik şəhəri çıxmaqla ordu qüvvələri Derada nəzarəti tam olaraq ələ alıb. Hökumətdən bildirilən açıqlamada isə Deranın 90 faizinin azad edildiyi bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az